bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Suareslə yeni müqavilə imzalanıb

16.12.2016 08:42 Oxundu 2015

“Barselona” hücumçu Luis Suareslə yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, Suares 2021-ci ilin yayına kimi katalonların şərəfini qoruyacaq. Bu barədə klubdan açıqlama verilib. Forvardın transfer qiymətinin 200 milyon avro olaraq müəyyənləşdirildiyi qeyd edilib.


Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur. O vaxtdan o,klubda 116 oyun keçirib və 97 qol vurub. 57 ötürməsi isə qolla nəticələnib.