bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Çin klubu Messiyə ildə 100 milyon avro ödəməyə hazırdır

16.12.2016 09:30 Oxundu 2162

Çinin "Xebey Çayna Forçun" klubu Barselonanın hücumçusu Messini öz sıralarına qatmaq istəyir. Məlumata görə, çinlilər ona ildə 100 milyon avro ödəməyə hazırdırlar. İndi Messi "Barselona"da 24 milyon qazanır və bu məbləğ növbəti danışıqlarda 35 milyona çatdırıla bilər. Amma argentinalı onu imzalamaq niyyətində deyil. Mövcud saziş 2018-ci il iyunun 30-da başa çatır.

Onu da qeyd edək ki, "Xebey Çayna Forçun"un baş məşqçisi Manuel Pelleqrinidir. O, əvvəllər "Mançester Siti" və "Real"da çalışıb. Hazırda Çinin bu klubunda Esekiel Lavessi, Jervinyo və Stefan Mbia kimi tanınmış futbolçular çıxış edirlər. Məlumat üçün qeyd edək ki, Messi bundan əvvəl bildirmişdi ki, o, karyerasını öz doğma Rosariosunun komandasında bitirmək istəyir.