bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

AVRO-2020-nin daha bir loqotipi təqdim olundu

16.12.2016 09:35 Oxundu 2137

AVRO-2020-nin final mərhələsinin daha bir loqotipi təqdim olunub. Yarışa ev sahibliyi edəcək 13 ölkədən biri olan Bilbao təqdimat mərasimi keçirən 11-ci şəhər olub. "San-Mames" stadionu yaxınlığında yerləşən Bilbao bələdiyyəsinin binasında gerçəkləşən tədbirdə UEFA prezidenti Aleksandr Çeferin, UEFA-nın baş katibi Teodor Teodoridis, İspaniya Futbol Federasiyasının prezidenti və digər şəxslər iştirak edib.

Bütün loqolarda olduğu kimi İspaniyanın şəhərinin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir. Bilbaoda körpü ilə yanaşı Müqəddəs Antoni kilsəsi də loqoda yer alıb.Qeyd edək ki, Bilbao qrup mərhələsinin 3, 1/8 finalın 1 oyununu qəbul edəcək.