16.12.2016 10:11
2004
2004
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandasında çalışdığı ilk gündən Zlatan İbrahimoviçə dediklərini gündəmə gətirib. O deyib: "Mən İbrahimoviçin xarakterinə bələd idim. Mən başa düşürdüm ki, o İngiltərədə də özünü göstərə bilər. Ancaq buna rəğmən ilk gündən ona bildirdim ki, İngiltərə istirahət üçün ən yaxşı yer deyil. İngiltərə çempionatı dünyada ən mürəkkəb liqadır. Siz bura özünüzü göstərməyə, nəyə qadir olduğumuzu göstərməyə gəlirsiniz. Mən xoşbəxtəm ki, İbrahimoviç gəldi. O yalnız vurduğu qolları ilə deyil, həm də komandaya yeni motivasiyası ilə lazımdır".