bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

XIV tur - ilin son turu

16.12.2016 10:17 Oxundu 1961

Sabah Topaz Premyer Liqasında XIV turun oyunları keçiriləcək. 2016-cı ilin son turunun oyunları eyni gündə baş tutacaq. İkinci dövrənin və mövsümün ilk yarısının son qarşılaşmalarına Qəbələdə start veriləcək. Liderliyə iddialı olan eyniadlı komanda “Kəpəz”i qəbul edəcək. Bu matç təqvimə əsasən Gəncədə keçirilməli olsa da, meydanın ot örtüyünün durumu ilə əlaqədar görüş Qəbələdə baş tutacaq. “Sumqayıt” – “Zirə” qarşılaşmasının qalibi 4-cü pilləyə yüksəlmək imkanına malikdi. İlin son paytaxt derbisində çempionatın autsayderləri görüşəcək. Cari mövsüm heç-heçə etməyən “Neftçi” iki matçlıq qələbə intizarını AZAL-la görüşdə qırmalıdı. Autsayder isə 17 oyunluq qələbə həsrətini bitirmək arzusundadı.Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edəcək.


Topaz Premyer Liqası

XIV tur

17 dekabr (şənbə)

14:00. “Qəbələ” - “Kəpəz”

I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” – “Zirə”
I dövrədəki oyun:
1:0
Sumqayıt. Şəhər stadionu


17:00. “Neftçi” – AZAL

I dövrədəki oyun: 2:0
8-ci km qəsəbə stadionu


17:00. “Qarabağ” – “İnter”

I dövrədəki oyun: 1:2
“Azersun Arena”

1

Qarabağ

13

10

1

2

26-6

31

2

Qəbələ

13

8

4

1

28-6

28

3

İnter

13

6

6

1

21-12

24

4

Kəpəz

13

3

6

4

9-11

15

5

Zirə

13

4

3

6

11-14

15

6

Sumqayıt

13

3

5

5

12-18

14

7

Neftçi

13

3

0

10

9-29

9

8

AZAL

13

0

5

8

5-25

5

Bombardir: Baqali Dabo (Qəbələ) - 7