bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Komissiya İbrahimoviçə bəraət qazandırdı

16.12.2016 11:58 Oxundu 2207

3 referidən təşkil olunmuş müstəqil komissiya İngiltərə Futbol Assosasiyası (FA) "Crystal Palace" - "Manchester Yunayted" (1:2) matçında "Manchester Yunayted"in oyunçusu Zlatan İbrahimoviçlə bağlı epizodun videotəkrarını diqqətlə izləyib. Onlar belə qərara gəliblər ki, həmin matçda Zlatan İbrahimoviç heç bir kobudluğa yol verməyib, sadəcə, top uğrunda mübarizədə isveçli ulduz Yoan Kabaya dirsəyi ilə toxunub. Buna görə də İbrahimoviçə heç bir cəza verilməyəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç "Crystal Palace" - "Manchester United" (1:2) matçının 88-ci dəqiqəsində fərqlənməklə "United"ə 3 xalı qazandırıb.