şənbə, 02 may 2026

BİZİM FUTBOL

Dario Frederiko "18-liy”ə salınacaq

16.12.2016 14:33 Oxundu 2363

Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə qarşı səfər oyununda “Kəpəz” Dario Frederikonun xidmətlərindən yararlana biləcək. Futbolçu matçın “18-liy”inə salınacaq. Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi çempionatın VIII turunda AZAL-la Bakıdakı oyunda zədələnərək sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Dario Premyer Liqa və Azərbaycan kuboku uğrunda görüşlərdə oynamayıb. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan Frederiko bu ilin son turu üçün oyuna hazır olub.