bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Lombertsin "Beşiktaş" həsrəti tükənməyib

16.12.2016 15:42 Oxundu 2064

"Zenit"in müdafiəçisi Nikolas Lomberts Sankt-Peterburq klubundan ayrıla bilmədiyini dilə gətirib. Belçikalı müdafiəçi deyib ki, o, ötən yayda "Beşiktaş"a keçmək istəyirdi, lakin klub rəsmiləri buna imkan verməyiblər: "Çox qəribədir, buradan gedə bilmirəm. Bu klubda 10 ildir ki çalışıram. Hazırda komandada mənə güvənmirlər. Bəli, mənim yaxşı müqaviləm var, amma mən nəzərdə tutulmuş pulu başqa yerdə qazana bilərəm. Artıq gözləməkdən bezmişəm. Vaxtında Türkiyəyə getmədiyimə görə peşmanam. Mən oradakı kluba keçməyə yaxın idim, lakin son anda sövdələşmə baş tutmadı. Təbii ki, mən çox məyus oldum. "Beşiktaş"... İstanbul... Bu, başqa şəhərdir, tamamilə başqa həyatdır. Gözəl şəhər, gözəl stadion və fantastik atmosfera... Ümid edirəm ki, mənim başqa şanslarım yenə də var".