bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Suaresin "Barselona" statistikası

16.12.2016 16:08 Oxundu 2103

"Barselona" hücumçusu Luis Suareslə yeni müqavilə imzalayıb. Uruqvaylı hücumçunun yeni müqaviləsi 2021-ci ilin yayında bitəcək. Müqaviləyə əsasən Suaresi almaq istəyən komanda "Barselona"ya 200 milyon avro ödəyəcək.

29 yaşlı ücumçu "Barselona"da meydana çıxdığı 116 oyunda 97 qol vurub və 57 qol ötürməsi verib. Suares 2 dəfə La Liqa, bir dəfə İspaniya Kuboku və 1 dəfə də Çempionlar Liqasının qalibi olub.