bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Təbriz Həsənovun yetirmələri C qrupunda mübarizə aparacaq

16.12.2016 16:45 Oxundu 2222

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr arasında keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komandamız C qrupunda Litva, Slovakiya və Qazaxıstana rəqib olub. Bu, bu gün keçirilən beynəlxalq turnirin püşkatma mərasimində bəlli olub. Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya A, Latviya, Belarus, Rusiya və Hindistan B, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə F qrupunda yer alıb. Qeyd edək ki, 16 komandanın iştirakı ilə baş tutacaq turnir gələn il yanvarın 7 - 22-də Sankt-Peterburq İdman-Konsert Kompeksində keçiriləcək