16.12.2016 17:12
2148
2148
Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.