16.12.2016 19:13
2042
2042
AVRO-2020-nin final mərhələsinin daha bir loqotipi təqdim olunub. Yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Amsterdam mərasimi keçirən 12-ci şəhər olub.Bütün loqolarda olduğu kimi Hollandiya paytaxtının rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir. Qeyd edək ki, Amsterdam qrup mərhələsinin 3, 1/8 finalın isə 1 oyununu qəbul edəcək.