bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” "Neftçi"ni bir xalla üstələdi

16.12.2016 19:17 Oxundu 2031

Bu gün əvəzedicilərin çempionatında XIV tura - mövsümün ilk yarısına yekun vurulub. “Qəbələ” II dövrənin son turunda “Kəpəz”lə qarşılaşıb. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar” ilin son oyununda da azarkeşlərini sevindirib. Ötən həftə liderliyə yüksələn komanda mövqeyini böyükhesablı qələbə ilə qoruyub. Düzdür, Qismət Əliyevin hesabı açmasından sonra qonaqlar hesabda tarazlıq yaradıb. Lakin Fərid Nəbiyevin qolu “Qəbələ”nin fasiləyə üstün yollanmasına imkan verib. İkinci hissədə komandamız daha 2 qol vurub. Dubla imza atan Ülvi İsgəndərov böyükhesablı qələbəni rəsmiləşdirib – 4:1. Beləliklə, 4:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl 5-ci qələbəsini qazanıb. “Qəbələ” bununla da “qış çempionu” olub.

Əvəzedicilərin çempionatı

XIV tur

16 dekabr

“Sumqayıt” – “Zirə” – 2:3

Aqşin Hüseynov, 39; Xaliq İbrahimov, 78 (p.) - Sahil Cəfərov, 1; Müşfiq İlyasov, 56; Muxtar Əliyev,63

“Qəbələ” – “Kəpəz” – 4:1

Qismət Alıyev, 15; Fərid Nəbiyev, 31; Ülvi İsgəndərov, 53, 83 - Əli Səmədov, 22

“Qarabağ” – “İnter” – 0:0

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

14

9

2

3

31-14

29

2

Neftçi

14

9

1

4

22-15

28

3

Qarabağ

14

8

3

3

25-13

27

4

Zirə

14

5

5

4

17-14

20

5

İnter

14

5

4

5

9-10

19

6

Kəpəz

14

3

4

7

13-20

13

7

Sumqayıt

14

4

1

9

21-31

13

8

AZAL

14

3

0

11

18-39

9