şənbə, 17 yanvar 2026

VOLEYBOL

“Telekom” “Ximik”i qəbul edəcək

17.12.2016 16:09 Oxundu 2683

Gələn il yanvarın 10-da Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək. Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.