şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Şapekoense"nin sağ qalmış Alan Rusşeli xəstəxanadan çıxdı

17.12.2016 16:43 Oxundu 1998

Dəhşətli təyyarə qəzasından sağ çıxan "Şapekoense"nin müdaiəçisi Alan Rusşeldən yeni xəbər var. Belə ki, təyyarə qəzasından qurtulmuş 4 nəfərdən biri -27 yaşlı futbolçu Unimed klinikasından evə buraxılıb. Məlumata görə, o xəstəxananı əlil arabasında jurnalistlərə və azarkeşlərə əl edə-edə tərk edib. Həkimlərin sözlərinə görə, onun əlavə müalicəyə heç bir ehtiyacı yoxdur.

Qeyd edək ki, Braziliyanın "Şapekoense" klubunu Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində təyyarədə olan 81 sərnişindən 77-si dünyasını dəyişmişdi. Onlardan 19-u "Şapekoense"nin oyunçuları idi.