şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Samir Abasov: "Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər"

17.12.2016 18:14 Oxundu 2108

"Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdır. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər". Bu sözləri "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 14-cü turunda "Zirə" ilə qarşılaşmadan sonra deyib.

Bir daha xatırladaq ki, bu gün "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Samir Abasovun komandası 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 14-cü dəqiqədə Mirabdulla Abbasov vurub. Bu qələbədən sonra "Sumqayıt" FK 2016-cı ili 4-cü pillədə başa vurub.