17.12.2016 18:34
2691
2691
Estoniyanın Juri şəhərində 18 yaşadək kişi voleybolçulardan ibarət milli komandalar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatı keçirilir. Azərbaycan millisi turnirdə iki oyun keçirib. Komandamız Polşa və Estoniya yığmalarına 0:3 hesabı ilə məğlub olub.
Komandamız yarışda növbəti görüşünü Ukrayna millisinə qarşı keçirəcək.
Yarış 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.