çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Qurban Qurbanov 2016-nı dəyərləndirdi

17.12.2016 18:40 Oxundu 2161

Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"ımız "İnter"i qəbul edib. "Azərsun Arena"da keçirilən qarşılaşma 0:0 hesabıyla başa çatıb. "Qarabağ" ilk hissədə Əfran İsmayılovla qola yaxınlaşsa da, rəqib müdafiəçi topu qapı xəttindən çıxarıb. Hücumların sayını artıran Ağdam klubu Dino Ndlovu və Reynaldoyla qola yaxınlaşsa da, rəqib qapıçı yaxşı oynayıb. Komanda ikinci dövrəni 32 xalla turnir cədvəlinin ilk pilləsində başa vurub.

Oyundan sonra açıqlama verən "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov bu oyundan razı qaldığını bildirib: "Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar". O həmçinin 2016-cı ili də dəyərləndirib: "Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik, ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam". Buna rəğmən o, heyətin gücləndirilməsinə ethiyac olduğunu da vurğulayıb: "Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq bilmirəm. Yerli futbolçu transferi çətindir. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq".