2125
Bu gün İngiltərə Premyer Liqasında XVII tura start verilib. Günün ilk matçında lider "Çelsi" "Kristal Palas"la üz-üzə gəlib və minimal hesabla qalib gəlib ("Kristal Palas" - "Çelsi" - 0:1,Qol: Dieqo Kosta, 44).
Bu, cari mövsümdə "Çelsi"nin ardıcıl qazandığı 11-ci qələbəsi olub. Oyundan sonra açıqlama verən "Çelsi"nin baş məşqçisi Antonio Konte deyib: "Ardıcıl 11 qələbə... İngiltərə Premyer Liqasında bu fantastikadır. Buna görə mən yox, bütün oyunçularım hər cür təbrikə layiqdirlər. Azarkeşlər də sağ olsunlar. Onlar istər evdə, istərsə də səfərdə həmişə fantastik dərəcədə komandanı dəstəkləyirlər. Hər halda biz daha yaxşı oynaya bilərik, komanda daha güclü ola bilər. Başa düşmək vacibdir ki, biz təkcə 17 oyun keçirmişik, başqa sözlə desək, hələ yolun yarısını gəlməmişik. Biz çox yaxşı işləyirik, cədvəldə mövqeyimiz də yaxşıdır. Elə bu templə də işimizi davam etdirməliyik".