1850
"Yuventusun" çalışdırıcısı Massimiliano Alleqri dünən İtaliya A seriyasının XVII turunda keçirdikləri oyun barədə açıqlama verib. Qeyd edək ki, bu turun ən diqqətçəkən matçı Turində baş tutub. Lider "Yuventus" ən yaxın izləyicisi olan "Roma"nı qəbul edib. "Qoca sinyora" qalib gələrək ("Yuventus" - "Roma" - 1:0, Qol: İquayn,14) liderliyini bir qədər də möhkəmlətməyə nail olub. "Canavarlar" səfərdən əliboş qayıdıb.
Alleqri bildirib ki, iki güclü komanda arasındakı görüş maraqlı keçdi: "Bizə qələbə lazım idi, onu da əldə etdik. Amma mən bu görüşün sonuna yaxın yaman hirsləndim. Çünki oyuna nəzarəti itirmişdik, rəqibə boş sahə verirdik. "Roma" fiziki cəhətdən çox güclü komandadır. Bütün bunlar bir yana. Mənim üçün ən vacibi gələn ilin mayında turnir cədvəlində birinci olmaqdır. Doğrudur, indi liderik, amma baxaq görək bir neçə aydan sonra nələr olacaq".