18.12.2016 09:16
1902
1902
"Barselona"nın baş məşqçisi Luis Enrike növbəti dəfə bildirib ki, Messinin mənsub olduğu klubla müqavilənin müddətini uzadıb-uzatmayacağını bilmir. Odur ki, o, bununla bağlı ona verilən suala belə cavab verib: "Messi barədə suala yalnız o özü hamıdan yaxşı cavab verə bilər".
Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.