şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan: "Real" Yaponiyaya turnirin qalibi olmağa gəlib"

18.12.2016 09:35 Oxundu 1799

Bu gün Yaponiyada futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq. Finalda "Real"la Yaponiyanın "Kaşima Antlers" komandaları üz-üzə gələcəklər. "Amerika" (Meksika) və "Atletiko Nasional" (Kolumbiya) klubları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

Oyunöncəsi "Real"ın baş məşqçisi Zidan deyib ki, komandası qələbəyə köklənib: "Real" Yaponiyaya turnirin qalibi olmağa gəlib. Onu da deyim ki, bugünkü rəqibimiz bizə çətin anlar yaşada bilər, buna da hazırıq. Yarımfinalda "Ameriki" ilə oyunda çox güc sərf etdik. Amma bu oyuna səfərbər olmağı bacarmışıq".