şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

“Real” klublararası dünya çempionu oldu

18.12.2016 19:22 Oxundu 1852

Bu gün klublararası dünya çempionatında final oyunu keçirilib.Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.

Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

Klublararası dünya çempionatı

Final

18 dekabr

“Real” – “Kaşima” – 4:2 (əlavə vaxt)

Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 - Şibasaki, 44, 52