18.12.2016 20:31
2351
2351
Estoniyanın Tallin şəhərində keçirilən şahmatın rapid və blitz növü üzrə Avropa çempionatı başa çatıb. Təmsilçimiz Rauf Məmmədov hər iki yarışda mükafatçılar sırasına düşməyi bacarıb.Belə ki, 15-16 dekabr tarixləri arasında baş tutan rapid növü üzrə qitə birinciliyində 11 turdan sonra 9 xal toplayan Məmmədov yarışın bürünc medalını qazanıb.17-18 dekabr tarixlərində keçirilən blitzdə isə 26 turda 20.5 xal yığan Rauf gümüş mükafata yiyələnib.