1911
"Real"ın hücumçusu Kriştianu Ronaldo dünya klub çempionatının ən yaxşı oyunçusu seçilib. Bu barədə FİFA-dan məlumat verilib. Belə ki, Yaponiyada klublar arasında keçirilən dünya çempionatının finalından sonra Ronaldo klublararası dünya çempionatının "Qızıl top"unu alıb. "Gümüş top"a isə onun komanda yoldaşı Luka Mudriç layiq görülüb. "Bürünc top" "Kasima"nın yarımmüdafiəçisi Qaku Subasakiyə nəsib olub.
Qeyd edək ki, klublar arasında keçirilən dünya çempionatının final oyununda Madrid "Real"ı təşkilatçı ölkə Yaponiyanın təmsilçisi "Kasima Antlers"lə qarşılaşıb. Oyun "Real"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştiano Ronaldo vurub. Rəqib komandanın oyunçusu Sibasaki isə dubl edib.
Qeyd edək ki, bu qələbə sayəsində "Real" tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.
"Real" - "Kasima Antlers" - 4:2. Qollar: Benzema, 1 (1:0), Qaku Sibasaki, 44 (1:1), Qaku Sibasaki, 52 (1:2), Ronaldo, 60-pen. (2:2), Ronaldo, 98 (3:2), Ronaldo, 104 (4:2)
Yarışda üçüncü yer uğrunda qarşılaşmada Kolumbiyanın "Atletiko Nasyonal" klubu Meksikanın "Amerika" komandasına qalib gələrək (2:2, penaltilər seriyasında 4:3) bürünc medal qazanıb.