19.12.2016 07:32
1947
1947
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç etiraf edib ki, 35 yaşında olsa da, özünü 20 yaşlı gənc kimi hiss edir. İsveçli bombardir həmçinin bildirib ki, istəsə 50 yaşda da meydanlarda ola bilər: "Mən xoşbəxtəm və özümü yaxşı hiss edirəm. Baxmayaraq ki, mənim 35 yaşım var. Amma özümü 20 yaşında hiss edirəm. Düşünürəm ki, istəsəm 50 yaşımda da oynaya bilərəm, amma bu, çətin olar. Mən qırmızı şərab kimiyəm: ildən-ilə daha da formaya düşürəm.
Qeyd edək ki, Zlatan "Mançester Yunayted"in son 9 matçında 10 qol vurub. Cari mövsümdə keçirdiyi 16 oyunda isə 11 qola imza atıb.