şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Qari Nevill: "Əgər Özil və Sançes "Arsenal"dan getsə..."

19.12.2016 07:52 Oxundu 1861

"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill hələ də müqavilə imzalamayan və başqa klublarda gözü olan "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil və hücumçusu Aleksis Sançesdən söz açıb. O deyib: "Əgər Özil və Sançes "Arsenal"dan getsə, bununla klub ömrünü başa vurmayacaq ki... Buna görə narahat olmağa dəyməz". O həmçinin klub rəhbərlərinə belə bir mesaj da göndərib: "Onlara yeni müqavilə imzlamağı bir daha müraciət edin, əgər etiraz etsələr buraxın, getsinlər. Onların gedişi ilə böyük tarixi olan "Arsenal" dağılmayacaq ki.."