şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Kərim Benzema -29

19.12.2016 10:27 Oxundu 2205

Bu gün fransız hücumçusu Kərim Benzemanın ad günüdür. Onun 29 yaşı tamam olur.

Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola "Lion" klubunun uşaq futbol məktəbində başlayıb. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Benzemanın "Lion"u tərk etmək istəməməsinə baxmayaraq klub rəhbərliyi 2009-cu ildə "Real" Madrid tərəfindən futbolçunun transferi üçün təklif edilən 35 milyon avro qarşısında tab gətirə bilmədi. Klub rəhbərliyi çətinliklə də olsa Kərim Benzemanı "Real"a transfer olunmağa razı sala bildi. 2009-cu il iyul ayının 1-də Benzemanın 35 milyon avroya "Lion"dan "Real" Madridə transfer edilməsi barədə iki klub arasında rəsmi anlaşma imzalandı. Bu müstəvidə də Benzema ilə 6 illik anlaşma imzalandı. Ümumiyyətlə 2009-2015-ci illər mövsümündə Benzema "Real" Madridin heyətində 281 oyunda meydana çıxıb və rəqib qapılarından 133 top keçirib. Bütün karyerası ərzində isə Kərim Benzema 450 oyunda oynayaraq 214 dəfə rəqib torunu silkələyib. Benzema 2011, 2012 və 2014-cü illərdə Fransada ilin futbolçusu elan edilib.