19.12.2016 13:20
1559
1559
“Kəpəz” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində Gəncədə qəbul edəcəyi “İnter” ilə qarşılaşmaya hazırlaşır. “Qəbələ” ilə çempionat matçından sonra bir gün istirahət edən komanda üzvləri Bakıda hazırlığa başlayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşqə çıxıblar.
“Kəpəz” sabah Gəncəyə gələcək. Komanda kubok görüşü öncəsi sonuncu məşqinə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda çıxacaq.