şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Baş katib Abas Əzimovu təbrik edib

19.12.2016 18:46 Oxundu 1843

Əməkdar jurnalist, uzun illərdir futbol sahəsində fəaliyyət göstərən, hazırda AFFA-nın nəzdindəki Futbol Muzeyinin direktoru vəzifəsində çalışan Abas Əzimovun 80 yaşı tamam olur.

Əlamətdar yubileyi münasibətilə bu gün AFFA-nın baş katibi Elxan Məmmədov A.Əzimovla görüşüb, ona cansağlığı arzulayıb və AFFA-nın adından Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib.