şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Qara qartal" Maykonu caynağına keçirmək istəyir

20.12.2016 00:49 Oxundu 1909

"Lokomotiv"in yarımmüdafiəçisi Maykon Markes karyerasını Türkiyədə davam etdirə bilər. "Beşiktaş" Maykonla yaxından maraqlanır. "Qara qartal"ın baş məşqçisi Şenol Günəş hücumameyilli futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin Moskva klubu ilə müqaviləsi 2017-ci ilin yayında bitir. Maykon cari mövsüm Rusiya Premyer Liqasında meydana çıxdığı 12 oyunda 4 qol vurub.