şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Arsenal" fikrindən dönməyib

20.12.2016 00:55 Oxundu 1846

"Arsenal" klubu təlim-məşq toplanışlarını Türkiyədə keçirəcək. Baş vermiş məlum hadisədən sonra klub bu fikrində qalıb". Bu barədə komandanın prezidenti Quram Adjoyev məlumat verib.

Qeyd edək ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada iştirak etdiyi sərgidə silahlı hücuma məruz qalıb. Diplomat Rusiyanın Türkiyədəki səfirliyinin və Ankaranın Çankaya rayon bələdiyyəsinin birgə təşkil etdiyi sərgidə çıxış edərkən hücuma məruz qalıb.Hücum edən şəxs A.Karlova xəsarət yetirdikdən sonra havaya atəş açıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.