çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

6 yeniyetməmiz final oyununu stadionda izləyəcəkl

05.07.2016 19:19 Oxundu 1850

AFFA və Azərbaycanın futbol üzrə yığma komandasının rəsmi sponsoru SOCAR, marketinq strategiyasının davamı olaraq, 2016-cı il futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşlığını həyata keçirir. Şirkət Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Fransaya Avropa Çempionatının finalına səyahət hədiyyə edib.

Öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da final oyununu Parisin stadionunda izləyəcəklər.