şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

“Fənərbaxça” “Gənclərbirliyi”nə "3" verdi

20.12.2016 02:07 Oxundu 1925

Türkiyə Superliqasında 15-ci turunda “Fənərbaxça” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.

Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sounun dublu və Fernandaonun qolu “Fənər”ə böyükhesablı qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Fənərbaxça” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Gənclərbirliyi” isə 19 xalla səkkizincidir.