20.12.2016 20:32
2717
2717
Dekabrın 20-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasında VI tura start verilib. Turun ilk qarşılaşması Voleybol Mərkəzində “Azərreyl” və “Azəryol” komandaları arasında oynanılıb.
Görüşün hər üç seti “Azərreyl”in xeyrinə yekunlaşıb - 25:22, 29:27, 25:20.
Turun digər oyunu - “Lokomotiv”-“Telekom” isə dekabrın 28-də keçiriləcək.
Hesabında 16 xal olan “Azərreyl” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Telekom” 15 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü yerdədir.