şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Bartomeu: "Qızıl top" hər il Messiyə təqdim edilməlidir"

20.12.2016 21:55 Oxundu 1696

"Barselonanın" prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, Messi hər il "Qızıl top"un sahibi olmalıdır: "Qızıl top" hər il Lionel Messiyə təqdim edilməlidir. O, dünya futbol tarixinin ən yaxşı oyunçusudur. Biz onun uğurlarının şahidiyik. Gələcəkdə başqa bir Messinin olmasını təsəvvür etmək belə çətindir. Ümid edirəm ki, əgər belə oyunçu ərsəyə gəlsə, o zaman o da bizim klubda çıxış edəcək. Doğrudur, futbol aləmində yaxşı oyunçular var, amma Messi kimisi yoxdur".