şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Bu gün yarımfinalçılar məlum olacaq

21.12.2016 09:15 Oxundu 1644

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçiriləcək. Baş tutacaq 4 oyundan sonra yarımfinalçıların adları bəlli olacaq. 2016-cı ilin son oyunlarına Gəncədə start veriləcək. Səfərdə 2 cavabsız qol buraxan “Kəpəz” doğma azarkeşləri önündə “İnter”dən revanş almağa çalışacaq. Mövsümü titulla başa vurmağı hədəfləyən “bankirlər” 17 ildir yarımfinala həsrət qalan qərblilərin bu intizarını bir az da uzatmağı hədəfləyirlər. Günün ikinci qarşılaşması isə formal xarakterlidir. “Qarabağ” 6:0-ın cavab oyunu üçün Sumqayıtda yerli komanda ilə üz-üzə gələcək. Ağdamlılar üçün bu oyunu asan gəzinti, “kimyaçılar” üçün isə təsəlli şansı kimi dəyərləndirmək olar.

İntriqanın daha çox olduğu qarşılaşma “AZAL Arena”da keçiriləcək. İlk oyunun hesabına görə AZAL “Qəbələ” ilə dueldə şanssız deyil. Paytaxt təmsilçisinə yarımfinala vəsiqə üçün 1 qol da kifayətdi. Çünki səfərdə vurulan qol “təyyarəçilər”in lehinə işləyə bilər. Amma Qəbələdəki oyunun axarı, həmçinin komandalar arasında ciddi səviyyə fərqi qonaqları səfər matçının da favoritinə çevirir. İlin son qarşılaşması da Bakıda keçiriləcək. 1/4 finalın yeganə paytaxt derbisini də formal hesab etmək olar. Rəqib meydanında 3 cavabsız qol vuran “ağ-qaralar”ın bu üstünlüyü əldən verməsi inandırıcı deyil. Düzdü, “Neftçi” tarixinin ən ağır genlərini yaşayır. Lakin o qədər də inamlı görünməyən zirəlilərin bu durumda 3 topun əvəzini çıxmaq iqtidarında olması da şübhə doğurur.

Azərbaycan kuboku

1/4 final, cavab qarşılaşmaları

21 dekabr (çərşənbə)

13:00. “Kəpəz” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov

İlk oyun – 0:2
Gəncə şəhər stadionu

15:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov

İlk oyun – 0:6
Sumqayıt şəhər stadionu

16:00. AZAL – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov

İlk oyun – 1:2
“AZAL Arena” (“CBC Sport”, canlı)

17:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev

İlk oyun – 3:0
8-ci km qəsəbə stadionu