şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Rəşad Sadıqov: "2016-cı il mənim karyeramın ən uğrulu illərindən biri oldu"

21.12.2016 09:41 Oxundu 1858

Xəbər verdiyimiz kimi, dünən İdman Araşdırmaları Mərkəzinin (İAM) "İlin qalibləri-2016" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. İdman jurnalistləri arasında keçirilən sorğuda "Qarabağ"ımız baş məşqçisi Qurban Qurbanov "ilin yerli baş məşqçisi" mükafatına layiq görülüb. Komandanın kapitanı Rəşad Sadıqov "ilin futbolçusu" mükafatının sahibi olub. Kapitan bu mükafat haqda açıqlamasında öz fikirlərini bildirib: "Bu il mənim üçün uğurlu oldu. Çempion olduq, kuboku qazandıq, Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq və milli komanda ilə DÇ-2018-in seçmə mərhələsində 7 xal topladıq. Düşünürəm ki, 2016-cı il mənim karyeramın ən uğrulu illərindən biri oldu. Bu ada bir neçə futbolçu layiq idi. Mənə səs verən, məni bu yerə layiq bilən insanlara təşəkkür edirəm. Hər bir idmançı istəyər ki, uğur əldə etsin. 34 yaşımda bu mükatafa layiq görülmək çox sevindirici haldır. Qurban Qurbanovun və Robert Prosineçkinin mənim üzərimdə çox böyük əməyi var. Etibar edirlər, güvənirlər. Bu, mənim üçün ən vacib amillərdən biridir".

"İlin əcnəbi idmançısı" mükafatını isə komandamızın futbolçusu Ansi Aqolli qazanıb. Ansi Aqolli aldığı mükafat haqda təəssüratlarını klubun rəsmi saytına açıqlamasında bildirib: "Mənim üçün bu mükafata layiq görülmək böyük şərəfdir. "Qarabağ"a gəldiyim ilk gündən indiyə qədər özümü legioner kimi hesab etməmişəm. Buna görə də baş məşqçimiz Qurban Qurbanov, klub rəhbərliyi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirem. Ölkəmdən kənarda oynamağıma baxmayaraq özümü həmişə öz evimdə hiss etmişəm. Bu mükafatı baş məşqçimiz, klubumuzda çalışan hər bir kəs və azarkeşlərlə paylaşmaq istıyirəm. Məni bu mükafata layiq gördüklərinə görə də jurnalistlərə təşəkkür edirəm".