1902
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Real Madrid" futbol klubunun iki mövsümlük transfer qadağasını yüngülləşdirib. CAS FIFA tərəfindən kluba qoyulmuş iki mövsümlük transfer qadağasının birini ləğv edib. Qərara əsasən, "Real Madrid" 2017-ci ilin qış fasiləsində heyətini gücləndirə bilməyəcək. Madridlilər artıq cari mövsümün sonunda transferlər həyata keçirməkdə sərbəst olacaqlar.
Qeyd edək ki, yeniyetmə futbolçuların transferində qanunsuzluğa yol verdikləri üçün "Real Madrid" və "Atletiko" klublarına beynəlxalq futbol qurumu tərəfindən cari il sentyabrın 8-də iki mövsümlük transfer qadağası qoyulub.
Amma bu yüngülləşdirilmə "Real"a verilən transfer cəzasının yüngülləşdirilməsi "Barselona" rəhbərliyini, prezident Bartomeunu narazı salıb. "Barselona" rəhbərliyi vaxtilə özlərinin də analoji cəzaya məruz qaldıqlarını, lakin onlara tətbiq olunmuş sanksiyanın yüngülləşdirilmədiyini əsas gətirərək, İdman Arbitraj Məhkəməsindən izahat tələb etmək qərarına gəlib.