21.12.2016 11:35
1933
1933
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone hazırda çalışdığı klubu ilə müqaviləsinin müddətinin uzadılması imkanlarını istisna etməyib. O, bu fikri onunla bağlı dolaşan şayiələr dalğasına cavab kimi söyləyib: "Deyirlər ki, guya mən ilyarımdan sonra "Atletiko"nu tərk edəcəyəm. Halbuki mən klubla müqavilənin müddətini uzada bilərəm. Bu, nədənsə heç kimin ağlına gəlmir. Amma jurnalistlər yazırlar ki, mən "Atletiko" ilə müqavilənin müddətini uzada bilmərəm. Görünür, jurnalistlər bu məsələ barəsində şayiələr dalğasını qaldırmağı çox sevirlər. Mənə elə gəlir ki, bu açıqlamam belə mübahisələrə son qoymağa vasitə olacaq".