şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Duqlas Kosta baş məşqçisindən razılıq edib

21.12.2016 11:57 Oxundu 1959

Münhen "Bavariya"sının yarımmüdafiəçisi Duqlas Kosta Karlo Ançelottinin rəhbərlik etdiyi bu klubda çalışmasından çox şad olduğunu dilə gətirib. Braziliyalı futbolçu italyan məşqçinin insani məziyyətlərindən də söz açıb: "Xoşbəxtik ki, Ançelotti komandamızın baş məşqçisidir. Onun futbolçulara qarşı çox səmimi münasibəti var". O daha sonra deyib: "Ançelotti mənim üçün ata kimidir. O mənə həmişə kömək edir və faydalı məsləhətlər verir".

"Milan" və Madrid "Real"ının sabiq çalışdırıcısı cari mövsümün startı ərəfəsində Xosep Qvardiolanı əvəz edib.