1916
Bu yaxınlarda Türkiyəli futbolçu Burak Yılmazın avtobus sürücüsü ilə davası sosial şəbəkələrdə çox izlənildi. Ulduz futbolçu indi də avtomobil qəzası yaşayıb. Çin klubunda futbol həyatına davam edən Yılmaz, Çin liqasının fasiləsindən istifadə edərək İstanbulda qalır. Dünən İstanbulda yerləşən lüks restoranlardan birindən çıxarkən jurnalistlər futbolçuya yaxınlaşıb. Avtobus sürücüsü ilə olan dava videosu haqda məlumat öyrənmək istəyən jurnalistlərdən qaçan Burak tələm-tələsik avtomibilinə əyləşib. Avtomobillərin park edilməsi üçün arakəsmə dəmiri görməyən futbolçunun maşını ciddi əzilməsədə dəmir qırılıb. Ondan sonra maşından düşərək jurnalistlərin suallarını cavablandıran futbolçu bunları deyib: "Axır vaxtlarda çox hadisə olub. Artıq bunlarla bağlı danışmaq istəmirəm. Bu tipli xəbərlərlə gündəmə gəlmək, xatırlanmaq istəmirəm".