şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Hacı: "Argentinada qalsa idi, Messi Messi olmazdı"

21.12.2016 14:57 Oxundu 1935

Bir zamanlar "Barselona" və Madiridin "Real"ında çıxış etmiş Georgi Hacı "Barselona"nın ulduzu Messi ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, əgər Messi uşaq yaşlarından Argentinadan İspaniyaya gəlməsəydi, o bugünkü səviyyədə olmayacaqdı: "Əgər Argentinada qalsa idi, Messi indiki səviyyəli Messi olmazdı. O, İspaniyada futbol dərsi aldı. "Barselona" həmişə futbolda dəyişikliklərə can atıb. Bu komandanını oyunçuları çox sadə, amma olduqca texnikalı oyun nümayiş etdirir. Futbolçuda istedad və bacarıq şərtdir".