1840
Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçirilir. Günün ikinci qarşılaşması formal xarakter daşıyıb. Belə ki, “Qarabağ” ilk oyunda 6:0 qalib gəlmişdi. Bu dəfə isə matç beli yekunlaşıb: “Sumqayıt” – “Qarabağ” - 2:5
“AZAL Arena”da keçirilən AZAL – “Qəbələ” matçının taleyini bir qol həll edib. Halbuki AZAL “Qəbələ” ilə dueldə şanssız deyildi. Paytaxt təmsilçisinə yarımfinala vəsiqə üçün 1 qol da kifayət idi. Lakin AZAL bunu bacarmayıb: AZAL – “Qəbələ” - 0:1
Azərbaycan kuboku
1/4 final, cavab qarşılaşmaları
21 dekabr (çərşənbə)
AZAL – “Qəbələ” - 0:1
Qol: Asif Məmmədov, 53
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
İlk oyun – 1:2
“AZAL Arena” (“CBC Sport”, canlı)
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 80. Bəhlul Mustafazadə, 90 Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk
“Sumqayıt” – “Qarabağ” - 2:5
Qollar: Amil Yunanov, 14, 80 - Namiq Ələsgərov, 8, 16, 82, Vüqar Nadirov, 70; Rahid Əmirquliyev, 90
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
İlk oyun – 0:6
Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 38. Ülvi Süleymanov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Məşqçi: Seymur Rəhimov
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 64. Emil Balayev, 16. İbrahim Aslanlı, 23. Elgün Uluxanov, 29. Şahin Əliyev, 34. Salman Cəfərov, 71. Vüqar Nadirov, 88. Elçin Rəhimli
Baş məşqçi: Qurban Qurbanov