21.12.2016 17:16
1798
1798
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun rəhbərliyi baş məşqçi Andre Şuberti istefaya göndərib. Çalışdırıcının qovulmasında başlıca səbəb Mönhenqladbax təmsilçisinin çempionatın ardıcıl iki matçında uduzması olub.2015-ci ildən komandaya rəhbərlik edən Andre Şuberti bu klubda əvəzləyəcək şəxsin kimliyi yaxın vaxtda açıqlanacaq.
Hazırda 16 turdan sonra aktivində 16 xal olan “Borussiya” komandası 14-cü pillədə yer alır. Bu mövsüm UEFA Çempionlar Liqasında mübarizəyə başlayan və qrupda çıxışını başa vurduqdan sonra Avropa Liqasına düşməyi bacaran Mönhenqladbax təmsilçisi onaltıdabir final mərhələsində “Fiorentina” (İtaliya) ilə üz-üzə gələcək.