şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Zaur Svanadze: "Növbəti mərhələyə çıxmağı bacardıq”

21.12.2016 17:35 Oxundu 2051

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan “bankirlər” qolsuz bərabərliyə imza atıblar. Bu nəticə ilk görüşdə 2:0 hesablı qələbəyə sevinmiş “İnter”in yarımfinala adlaması üçün kifayət edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze oyunu şərh edib. Meydançanın durumundan gileylənən gürcüstanlı çalışdırıcı yetirmələrinin xarakter nümayiş etdirdiyini bildirib: “Rəqib komandanın 1 qol vəziyyəti oldu. Ondan başqa təhlükəli epizod yarada bilmədilər. “İnter”in futbolçuları meydançanın ağır durumuna rəğmən, xarakter nümayiş etdirdilər. Növbəti mərhələyə çıxmağı bacardıq”.