şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Tərlan Əhmədov: "Bəzi hakimlərin oyunumuza təyin olunmamasını yazılı şəkildə tələb edəcəyik"

21.12.2016 17:42 Oxundu 1804

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə “Qəbələ”yə uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Əhmədov qarşılaşmanın baş hakimi Fariz Yusifovun onlara qarşı qərəzli mövqe tutduğunu düşünür: “Şansımız var idi. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxdıqdan sonra oyunumuz yaxşılaşdı. Tounkara meydana girəndən sonra bir az daha yaxşı oynadıq. Həmişə demişəm, hakimlik barədə danışmayacam. Ancaq Fariz Yusifov hansı qarşılaşmada oyunumuzu idarə edir, bizə qarşı qərəzli olur. Futbolçularıma təşəkkür edirəm. Belə qismət imiş. Tounkaranın gəlişi hücum xəttinə yaxşı mənada təsir edib. Çalışacağıq ki, qışdan sonra daha yaxşı AZAL formalaşdıraq”. "Rəqibin qapısına verilməyən penalti epizodunun təkrarına baxmısız?" sualına o, bele cavab verib: "Mən belə şeylərə öyrəşmişəm. Hər şeyə bəhanə var - top əli tapdı, əl topu tapdı... 14 tur oynamışıq, hələ bizim lehimizə penalti verilməyib. Ancaq əleyhimizə çox penalti verilib. Bir de... Bu günə kimi kim nə edib ki, biz də nəsə edək? Onsuz da xeyri yoxdu. Klub rəhbərliyi ilə danışdıq. Bəzi hakimlərin oyunumuza təyin olunmamasını yazılı şəkildə tələb edəcəyik".