21.12.2016 17:49
1773
1773
Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qarabağ" səfərdə "Sumqayıt"ı 5:2 hesabıyla məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Baş məşqçi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu".