21.12.2016 17:55
2128
2128
2016-cı ilin ən yaxşı futbolçusu Avstriyada da açıqlanıb: ölkənin və Münxenin “Bavariya” futbol klubunun oyunçusu David Alaba bu ada layiq görülüb. Səsvermədə “Bavariya”nın müdafiəçisi “Lester”in futbolçusu Kristian Fuxs və “Leypsiq”in hücumçusu Marsel Sabitzeri geridə qoyub. Bu nəticə ilə 24 yaşlı Alaba ardıcıl 6-cı dəfə Avstriyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, 2009-cu ildən Avstriya millisinin formasını geyinən David Alaba yığmada 50 oyun keçirib.