şənbə, 17 yanvar 2026

DİGƏR NÖVLƏR

Prezident onları mükafatlandırdı

21.12.2016 18:27 Oxundu 1695

Prezident İlham Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əzimov Abas Əzim oğluna, Məmmədyarov Qəhrəman Müslüm oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digir sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan Allahverdiyev Tarverdi Əflan oğlu, Eyvazov Çingiz Abuzər oğlu, Əhədov Seymur Kamil oğlu, Feyzullayev Vaqif Səxavət oğlu, Krapivin Oleq Andreyeviç, Qurbanov Firudin Eyyub oğlu, Məmmədyarov Həmid Hilal oğlu, Salehli Bəhruz Qədir oğlu isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüblər.